ABŞ-da su xidməti göstərən şirkətə kiberhücum edilib


ABŞ-ın 14 ştatında 14 milyondan çox insana içməli su və çirkab su xidmətləri göstərən ölkənin ən böyük şirkəti olan "American Water" kiber hücuma məruz qaldığını açıqlayıb.



Nyu-Cersidə yerləşən şirkət verdiyi açıqlamada sistemdə icazəsiz fəaliyyət gördüklərini və dərhal bəzi sistemləri bağlamaq da daxil olmaqla qoruyucu addımlar atdıqlarını bildirib.

14 əyalətdə və 18 hərbi obyektdə 14 milyondan çox insana içməli su və çirkab su xidmətləri göstərən şirkət rəsmiləri, onların obyektlərinin və ya əməliyyatlarının kiberhücumdan təsirlənmədiyinə inandıqlarını və hücumun əhatə dairəsini araşdırmaq üçün çalışdıqlarını qeyd ediblər.

Səlahiyyətlilər təhlükəsizlik bölmələrini də məlumatlandırdıqlarını və sistemlərin istifadəyə yararsız olduğu müddətdə müştərilərdən haqq-hesab alınmayacağı barədə məlumat paylaşdıqlarını bildiriblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu