"Qantas" ləğv edilmiş reyslərə bilet satdığı üçün cərimələndi


Avstraliyanın qabaqcıl hava yolu şirkətlərindən biri olan "Qantas" ləğv edilmiş biletlərin satışı ilə bağlı ona qarşı açılan qanuni əməliyyat çərçivəsində bilet alan müştəriləri aldatdığı səbəbi ilə 100 milyon Avstraliya dolları cərimələnib.



"9News"un məlumatına görə, Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının (ACCC) sədri Gina Cass-Gottlieb ləğv edilən minlərlə uçuş üçün bilet satışında yanlış, çaşdırıcı və ya aldadıcı münasibət nümayiş etdirdiyi iddiası ilə aviaşirkətə qarşı açılan məhkəmə iddiası ilə bağlı açıqlama verib.

Cass-Gottlieb bildirdi ki, Federal Məhkəmədə açılan iddia nəticəsində "Qantas" bilet alan müştəriləri aldatdığına görə 100 milyon Avstraliya dolları cərimələnib.

ACCC rəsmilərindən Kristofer Kaleo da "Qantas" səlahiyyətlilərinin ləğv edilmiş biletlərin satışı ilə bağlı sistemdəki çatışmazlıqlardan xəbərdar olduqlarını, satışın edildiyini və bu barədə müştərilərə məlumat verilmədiyini qəbul etdiyini bildirib.

"Qantas"ın verdiyi açıqlamaya görə, bilet əməliyyatları ilə bağlı sistemdə dəyişikliklər edilib və 48 saat ərzində ləğv edilən uçuşlar barədə müştərilərə məlumat veriləcək.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu