Hindistanda 1,5 milyon insanın izlədiyi şou zamanı istidən 5 nəfər ölüb


Hindistanda 1,5 milyon adamın qatıldığı hava şousunda 5 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.



Dünən Hindistanın Çennay şəhərində Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümü çərçivəsində keçirilən hava şousuna insan axını olub. "Marina Beach"də keçirilən şounu ən azı 1,5 milyon insan izləyib. Təşkilatlamanın düzgün aparılmaması səbəbindən vağzallarda izdiham yaranıb. Havanın temperaturu 35 dərəcəyə çatdığından onlarla insan xəstəxanaya yerləşdirilib, ən azı 5 nəfər istidən dünyasını ölüb.

Yerli mətbuatın yazdığına görə, tədbir keçirilən ərazidə içməli su kifayət qədər olmayıb və izləyicilər həddindən artıq kobudluq üzündən əraziyə çatmaq üçün uzun məsafələri piyada getməli olublar. Avtobus və qatarlarda sıxlığın saatlarla davam etdiyi bildirilib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu