Tanınmış şahmatçı federasiyadan maddi ziyan tələb edir
Azərbaycan şahmatçısı, qrosmeyster Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasını məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, şahmatçı federasiyadan maddi ziyanın və mənəvi zərərin ödənilməsini tələb edir.
Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Həbibə Miriyeva iş üzrə hakim təyin edilib.
Vasif Durarbəyli 1992-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın güclü şahmatçılarından sayılan Vasif 2010-cu ildə 18 yaşadək oğlanlar arasında keçirilən dünya çempionatında qrosmeyster titilunu qazanıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovdur. O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir.