Azərbaycan şahmatçılarının iştirak etdikləri dünya çempionatına yekun vurulur


Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

AFN.az-ın məlumatına görə, sonuncu yarış günündə blits növündə qaliblər müəyyənləşəcəklər.

Kişilərin mübarizəsində son turun 9 oyunu, qadınların yarışında 8 qarşılaşma keçiriləcək.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edirlər.

İlk 12 turdan sonra azərbaycanlı kişi şahmatçılar arasında ən yaxşı nəticə göstərən Şəhriyar Məmmədyarovdur. Qrosmeysterimiz topladığı 8 xalla əlavə əmsallara görə 16-cı sırada qərarlaşıb.

7,5 xal toplamış Rauf Məmmədov və Vüqar Əsədli uyğun olaraq 30 və 31-ci sıradadırlar. Vasif Durarbəyli 7 xalla 44-cü, Aydın Süleymanlı 6,5 xalla 69-cu, Məhəmməd Muradlı 6 xalla 85-ci, Abdulla Qədimbəyli isə 4,5 xalla 148-ci sıradadır.

Qadınların yarışında isə 9 oyundan sonra 6 xal toplamış iki qrosmeyster – Ülviyyə Fətəliyeva 14, Günay Məmmədzadə isə 15-ci sırada qərarlaşıb. Gövhər Beydullayeva 4,5 xalla 48-ci, Gülnar Məmmədova 4 xalla 67-ci, eyni xala malik Xanım Balacayeva əlavə əmsallara görə 70-ci, 3,5 xallı Ləman Hacıyeva isə 77-cidir.

Qeyd edək ki, dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dollarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu