Bu xəstəxanaya yeni baş həkim təyin olundu


Ağstafa Mərkəzi Rayon Xəstəxanasında kadr dəyişikliyi olub.


"Report"un Qərb bürosunun məlumatına görə, xəstəxananın Cərrahiyyə Şöbəsinin Əməliyyatxana bölməsinin müdiri Teyyub Carçıyev yeni baş həkim təyin edilib.

Qeyd edək ki, o həm də TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu