Dünya şöhrətli aktyor dünyasını dəyişib
80-ci illərin məşhur filmi olan "Beverly Hills Cop"da qəzəbli detektiv Con Taqqart obrazını canlandıran aktyor Con Devid Eşton bir müddətdir mübarizə apardığı xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.
"Beverly Hills Cop" serialında sərt, qaydalara əməl edən detektiv rolu ilə tanınan Con Devid Eşton 76 yaşında vəfat edib.
Con Devid Eştonun mətbuat katibi Alan Somers aktyorun ölüm xəbərini təsdiqləyib.
Hollivudda keçirdiyi 50 il ərzində 200-dən çox film, televiziya və teatr tamaşasında rol alan Conun ailəsi də açıqlama verib.
Ailə "Con onu tanıyan hamı tərəfindən sevgi dolu ər, qardaş, ata və baba olaraq xatırlanacaq" deyə vurğulayıb.
Mənbə: Haber Global