İtaliyada jurnalist rusca danışdığı üçün Sandu ilə görüşdən qovulub


İtaliyada rusdilli jurnalist Moldova prezidenti Maya Sandu ilə görüşdən qovulub.


Bu barədə "Sputnik Moldova" məlumat yayıb.

MD24 telekanalının Svetlana adlı jurnalisti deyib ki, İtaliyada Moldova prezidenti diaspora ilə görüş təşkil edib, oradan əvvəlcə operatorunu, sonra isə özünü çıxarıblar. Eyni zamanda jurnalist qeyd edib ki, həmin anda görüşü lentə almaq və ya səs yazıcısına yazmaq üçün yanında nə telefon, nə də başqa avadanlıq olub.

“Moldovanın xanım prezidentinin təhlükəsizliyi bizim soydaşlarımızla görüşdə yersiz olduğumuzu hesab etdi. Nə qədər fərqli idik, deyə bilmərəm. Yəqin ona görə ki, mən kiminləsə rus dilində danışmağa çalışdım və hamı mənim anlamadığım dildə danışırdı. Ümumiyyətlə, hər şey prezidentin təhlükəsizliyinin bizi zaldan çıxarıb İtaliya polisinə təhvil verməsi ilə başa çatdı”, – deyə jurnalist bildirib.

“Mən görürəm ki, dörd il əvvəl hamı üçün prezident olacağına söz verən prezident özünü rusdilli vətəndaşlardan mükəmməl şəkildə müdafiə edir”, - deyə MD24 telekanalının rusdilli jurnalistinin həmkarı hadisəni şərh edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu