Azyaşlının bağçada ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB


AzTV-nin əməkdaşı və aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarından birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.


TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.


"Report”un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

TƏBİB-dən isə "Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 26-sı saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub: Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu