TƏBİB: "Təcili yardım gələnə qədər Hacı Şahin ürəktutmadan vəfat edib"


TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.


Qurumdan AFN.az-a bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-də saat 05:30 radələrində çağırış daxil olub.

Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: "Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu