TƏBİB-dən "Bravo"dakı atışmada yaralananlarla bağlı AÇIQLAMA
Bu gün "Bravo" marketdə baş verən güllələnmə hadisəsi ilə bağlı TƏBİB məlumat yayıb.
AFN.az-ın xəbərinə görə, bildirilir ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
1 nəfər hadisə yerində dünyasını dəyişib.