Hindistanda meymun çiçəyinin yeni variantı aşkar edilib


Hindistan,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ictimai səhiyyədə fövqəladə vəziyyət elan etdiyi yeni meymun çiçəyi variantının ilk yoluxması haqqında məlumat verib. Bildirilib ki, "Clade 1b" adlanan bu yeni variant Afrikada meymun çiçəyi epidemiyası ilə bağlıdır və yüksək yoluxuculuğa malikdir.



Yeni variant Hindistanın cənubundakı Kerala əyalətindən bu yaxınlarda Dubaydan qayıdan 38 yaşlı kişidə aşkar edilib.

Çərşənbə axşamı verdiyi açıqlamada Hindistan Səhiyyə Nazirliyinin sözçüsü Manişa Verma, Kerala ştatının Malappuram bölgəsində aşkarlanan yoluxmanın "Clade 1b" variantına aid olduğunu təsdiqləyib.

"Mpox" ağrılı dəri lezyonlarına səbəb ola bilən yoluxucu bir virusdur. ÜST avqust ayında bu virusu Afrikada ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib. O vaxtdan bəri virusun daha təhlükəli variantı Afrikadan kənar ölkələrə yayılıb.

Qeyd edək ki, İsveç, Tailand və Pakistan da daxil olmaqla ölkələr meymun çiçəyi xəstəliyinə yoluxma halları barədə məlumat veriblər.



Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu