"Reuters": Livanda peycerlərin partlayışında izlər Macarıstana aparır
Tayvanın peycer istehsalçısı "Gold Apollo" 12 nəfərin ölümü və 3000-ə yaxın insanın yaralanmasına səbəb olan peycer partlayışları ilə bağlı açıqlama yayıb.
AFN.az xəbər verir ki, şirkət partlayan cihazları istehsal etdiyini təkzib edib. "Gold Apollo" bildirib ki, qurğular Macarıstanın paytaxtı Budapeştdə yerləşən BAC şirkəti tərəfindən lisenziya əsasında istehsal edilib.
"Reuters" yüksək səviyyəli Livan təhlükəsizlik mənbəsinə istinadən xəbər verir ki, İsrailin xarici ərazilərə mürəkkəb hücumlar həyata keçirməsinin uzun tarixi olan Mossad kəşfiyyat agentliyi partlayışlardan aylar əvvəl Hizbullah tərəfindən gətirilən peycerlərə partlayıcı yerləşdirib.
"Gold Apollo"nun qurucusu Hsu Çinq-Kuanq bildirib ki, partlayışda istifadə edilən peycerlər şirkətin bəyanatında BAC olaraq təqdim etdiyi Avropa şirkəti tərəfindən hazırlanıb.
“Bu, bizim məhsulumuz deyildi. Sadəcə onun üzərində bizim brendimiz var idi” - deyə Hsu bildirib.
Adının çəkilməsini istəməyən şəxs "BAC Consulting" şirkətinin Macarıstanda qeydiyyatda olduğunu, lakin heç bir fiziki iştirakının olmadığını deyib. "BAC Consulting"in baş direktoru Cristiana Barsoni-Arcidiacono öz Linkedin profilində YUNESKO da daxil olmaqla müxtəlif təşkilatlarda məsləhətçi kimi çalışdığını bildirib. O, "Reuters"in e-poçtlarına cavab verməyib. BAC-ın qeydiyyatdan keçmiş fəaliyyətləri kompüter oyunlarının nəşrindən tutmuş İT konsaltinqinə və xam neft istehsalına qədərdir. Livanlı yüksək səviyyəli təhlükəsizlik mütəxəssisi AR-924 model peycerinin fotoşəkilini yaradıb. "Reuters" yazır ki, Hizbullah yaraqlıları yerləşdikləri yerləri İsrailin izləməsindən qaçmaq üçün peycerlərdən aşağı texnologiyalı rabitə vasitəsi kimi istifadə edirlər.
Agentliyin mənbəsi bildirib ki, qurğular İsrail casus xidməti tərəfindən istehsal prosesində dəyişdirilib.
İsrail rəsmiləri də "Reuters" sorğularını cavablandırmayıb.