Hizbullah daha 10 üzvünün öldüyünü açıqlayıb
Livanda peycerlərin partladılmasından sonra Hizbullah daha 10 üzvünün öldüyünü açıqlayıb.
Hizbullah məsələ ilə bağlı "Telegram" sosial şəbəkə platformasında bir sıra açıqlamalar verib.
Açıqlamalarda daha 10 Hizbullah üzvünün öldüyü qeyd edilib.
Qeyd edək ki, Hizbullah dünən verdiyi açıqlamada Livanda peycerlərinin partladılması nəticəsində iki üzvünün öldüyünü açıqlamışdı.
Xatırladaq ki, dünən Livanda Hizbullah ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib.
Səhiyyə Nazirliyi Hizbullah ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfərin həyatını itirdiyini, təxminən 200-ü ağır olmaqla 2800 nəfərin yaralandığını açıqlayıb.
Livan rəsmiləri hadisəyə görə İsraili günahlandırsa da, İsrail hələ də məsələ ilə bağlı açıqlama verməyib.
İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.
Mənbə: TRT Haber