Bayden Putinlə bağlı suala görə jurnalistə əsəbiləşdi


ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə bağlı sual verən jurnalistə əsəbiləşib.


"Daily Mail" xəbər verir ki, Amerika lideri Britaniyanın "Sky News" telekanalının onun sözünü kəsən müxbirinə sərt cavab verib.

“Mən danışana qədər sus!" - deyə o, jurnalistə təpinib.

Qeyd olunur ki, müxbir sualı Amerika prezidenti Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə açılış bəyanatı verməyə vaxt tapmamış verib. "Daily Mail" qeyd edir ki, müxbir bununla xarici liderlərin bəyanatlarından sonra jurnalistlərin sual verə biləcəyi protokolu pozub.

Bayden jurnalistlərin Rusiya prezidentinin Ukraynanın Qərb silahları ilə Rusiyaya zərbə endirməsinə qoyulan qadağanın aradan qaldırılmasının nəticələri ilə bağlı xəbərdarlığı ilə bağlı sualına cavab verərkən Putin haqqında çox düşünmədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu