Tramp miqrant cinayətləri ilə mübarizə üsulunu açıqlayıb


Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gələrsə, qeyri-leqal miqrantlar arasından cinayətkarlarla mübarizə aparacaq xüsusi əməliyyat qrupu yaradacaq.


AFN.az xəbər verir ki, o, Nevada ştatında seçicilərlə görüşündə bu barədə danışıb. "Mən Ağ Evə qayıdanda ölkəmizi ələ keçirən bütün xarici dəstələri və mütəşəkkil cinayət şəbəkələrini məğlub etmək və məhv etmək üçün elit federal hüquq-mühafizə orqanlarının xüsusi işçi qrupu yaradacağam" - deyə Tram bildirib.

Tramp əlavə edib ki, cənub sərhədi vasitəsilə dünyanın hər yerindən ABŞ-a əvvəllər həbsxanalarda, ruhi xəstəxanalarda saxlanılan, əksəriyyəti terrorçu olan milyonlarla qeyri-qanuni mühacir gəlir.

Tramp dəfələrlə söz verib ki, seçkidə qalib gəlsə, ABŞ tarixində ən böyük qeyri-qanuni mühacirlərin deportasiyasını təşkil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu