İcbari Tibbi Sığorta Agentliyi jurnalistin adına xəstəlik "yazdı"

Jurnalist Dəryanur Cəfərova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini onun adına saxta xəstəlik yazmaqda ittiham edib.
AFN.az-ın xəbərinə görə, bu barədə jurnalist özü sosial şəbəkədə yazıb. Yevlaxda qeydiyyatda olduğunu deyən həmkarımız bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranandan bəri bir dəfə də olsun xəstəxanaya müraciət etməyib: "İndi sistemdə görürəm ki, guya 2020-2021-ci illər ərzində burnumdan qan açılması ilə bağlı adını qeyd etdikləri həkimin qəbulunda olmuşam. Hətta mənə xəstəlik də tapıblar. 2020-ci ildə məndə babasil aşkar ediblər. Sizdə hər şey yaxşıdı?Bunları kim daxil edib sistemə? Niyə mənim xəstəliyim olmaya-olmaya burada xəstəlik qeyd olunub?"