Londonda çoxmərtəbəli binada yanğın baş verib: 100-dən çox insan təxliyə edilib


İngiltərənin paytaxtı Londonun şərqində çoxmərtəbəli binada baş verən yanğından sonra aralarında uşaqların da olduğu 100-dən çox insan təxliyə edilib.



Paytaxtın şərqindəki Dagenham rayonunda çoxmərtəbəli binada baş verən yanğına 200-dən çox yanğınsöndürən müdaxilə edərkən, 2 nəfər xəstəxanaya çatdırılıb.

London yanğınsöndürmə briqadasının rəsmisi açıqlamasında bildirib ki, yanğınsöndürənlər yerli vaxtla saat 02.44-də ilk zəngdən az sonra hadisə yerinə gəliblər.

Rəsmi qeyd edib ki, yanğında bütün bina zərər görüb və uşaqlar da daxil olmaqla 100-dən çox sakin təxliyə edilib.

Komissarın müavini Patrick Goulbourne də hadisə yerində 40 yanğınsöndürən maşını və 225 yanğınsöndürən olduğunu bildirib.

Yanğının səbəbi hələlik məlum olmasa da, binada yanğınla bağlı bəzi təhlükəsizlik problemlərinin olduğu iddia edilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu