Mirələmovun oğlu su pulunu ödədi


Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu yığılmış su borcunu ödəyib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” bu barədə məhkəməyə məlumat verib.

İddiaçı Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda Mirələmovun içməli suya olan borcunu tam ödədiyini bəyan edib. Bu səbəbdən şikayət geri götürülüb. Məhkəmə iddiaçının hər hansı tələbi olmadığından şikayəti geri qaytarıb.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun bir müddət əvvəl həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib. Bu səbəbdən “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” iddiaçı qismində məhkəməsinə müraciət etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu