Bakının su problemi mərhələli şəkildə aradan qaldırılır


Bakının günlərdir davam edən su problemi ilə bağlı növbəti rəsmi açıqlama verilib.


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bu gün səhər saatlarından şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib.

Qeyd olunub ki, artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır:

“Su ərazilərə mərhələli şəkildə çatmaqdadır”.

Qeyd edək ki, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti bu gündən şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsinin təmin ediləcəyi ilə bağlı məlumat yaysa da, paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər suyun verilişində hələ də məhdudiyyətlər olduğunu bildirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu