HƏMAS-dan BMT-yə: Qəzzada mülki insanları qoruyun


İsrail ordusunun son bir həftədə ikinci dəfə Qəzza zolağının mərkəzi hissəsində bir çox ərazinin boşaldılmasını tələb etməsindən sonra HƏMAS BMT və beynəlxalq ictimaiyyəti Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməyə çağırıb.


HƏMAS-ın verdiyi yazılı açıqlamada bildirilir ki, İsrail ordusu Qəzza zolağının şimal və cənubundan yüz minlərlə insanın yaşadığı Əl-Məğazi Qaçqınlar Düşərgəsi başda olmaq üzrə Vusta şəhərinə bağlı bölgələri dağıdıb. "El-Məsdər kəndi və Deyr əl-Belah şəhərinin geniş ərazilərində təxliyə çağırışları davam edir. Bu çağırışlar Fələstin xalqının əzablarını daha da dərinləşdirməyə çalışan və ölkədə soyqırım və etnik təmizləmə cinayətini davam etdirən ekstremist sionist hökumətin siyasətinin bir hissəsi kimi amansız bombardmanlar, hədə-qorxu və qırğınların ağırlığı altında edilib. İşğalçıların Qəzza zolağında təhlükəsiz zonaların olması ilə bağlı iddiaları tamamilə yalandır və aldatmadır" - deyə bəyanatda bildirilir.

Açıqlamada daha sonra qeyd edilir: "Beynəlxalq ictimaiyyətdən, BMT və onun qurumlarından Qəzzada günahsız mülki əhalinin müdafiəsi və beynəlxalq hüququ pozan sionist hərbi cinayətkarların mühakimə olunmasını təmin etmək üçün ciddi işləməyi tələb edirik. İsrail ordusu son həftədə ikinci dəfə Qəzza zolağının mərkəzi hissəsində bir çox ərazinin boşaldılmasını tələb edib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu