Almaniyada festival iştirakçılarına hücuma görə bir nəfər saxlanıb

Almaniya polisinin xüsusi təyinatlıları Solingen şəhərində festivala gələnlərə hücumda şübhəli bilinən şəxsi saxlayıb.
AFN.az xəbər verir ki, bu barədə yerli "Bild" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, hücum nəticəsində 3 nəfər həyatını itirib. Hücumun səbəbi hələlik bilinmir, yaxud açıqlanmır.