Uruqvayda bir futbolçuya görə bütün oyunlar ləğv edilib


Uruqvay çempionatında avqustun 24-ü və 25-də keçiriləcək bütün oyunlar ləğv edilib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, buna səbəb avqustun 22-də "Nacional"ın müdafiəçisi Xuan İzkyerdonun braziliyalı "San Paulo"ya qarşı Libertadores kubokunun 1/8 final mərhələsinin cavab matçında huşunu itirməsi və xəstəxanaya yerləşdirilməsi olub. Futbolçunun ürək ritmində pozulmanın olduğu qeyd edilir.

Hadisədən sonra Uruqvay Peşəkar Futbolçuların Hüquqlarını Müdafiə Assosiasiyası (MUFP) bu həftə sonu üçün planlaşdırılan peşəkar futbol fəaliyyətini dayandırmaq qərarına gəlib. Onlar İzquierdonun sağlamlıq vəziyyətini nəzərə almağa çağırıblar.

Qeyd edək ki, bundan əvvəl Misir millisinin futbolçusu Ahmet Refaat oyun zamanı ürək tutması keçirib. Forvard təcili xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu