İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərib


Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məkubu ünvanlayıb.


Məktubda deyilir:

“Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Ətraflı

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.

Bu yaxınlarda Birləşmiş Krallıqda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu