Avstraliya Kursk bölgəsindəki "Bushmaster"lərlə bağlı məlumatları şərh edib


Avstraliya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin Kursk bölgəsinə hücumu zamanı Kanberra tərəfindən təchiz edilmiş bir neçə “Bushmaster” zirehli transportyorunu itirməsi ilə bağlı xəbərləri şərh edib.


AFN.az xəbər verir ki, bu barədə Avstraliya istehsalı olan yanmış zirehli transportyorların fotoşəkillərini əldə edən ABC telekanalı məlumat yayıb.

Müdafiə Nazirliyinin sözçüsü Ukrayna hərbçilərinin Rusiyada Avstraliya tərəfindən bağışlanmış zirehli transportyorlardan istifadə etməsi ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, bunun əvəzinə “Kanberranın Ukraynanın Kursk bölgəsinə daxil olmasını yaxından izlədiyini” və “Kiyevi öz təhlükəsizliyini təmin etmək səylərində dəstəklədiyini” qeyd edib. “Biz artıq Ukrayna hökumətinə 1,1 milyard Avstraliya dollar dəyərində hərbi yardım, o cümlədən "Bushmaster" zirehli maşınları təqdim etmişik”, - deyə MN rəsmisi qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Regionda federal fövqəladə rejim qüvvədədir və dəfələrlə raket təhlükəsi elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu