Finlandiya Macarıstanın Aİ-də sədrliyi dövründə qeyri-rəsmi görüşlərində iştirak etməyəcək

Skandinaviya və Baltikyanı ölkələrlə birlikdə fəaliyyət göstərən Finlandiya hələ Macarıstanın Aİ-də sədrliyinin qeyri-rəsmi nazirlər görüşlərində iştirak etməyəcək.
Bu barədə Finlandiya Nazirlər Kabinetinin Hökumət Kommunikasiyaları Departamentinin press-relizində deyilir.
"Finlandiya hələ siyasi səviyyədə bu görüşlərdə iştirak etməyəcək. Bu o deməkdir ki, görüşlərdə nazirlərdən və ya siyasi katiblərdən heç biri iştirak etməyəcək, lakin ölkə rəsmi səviyyədə təmsil olunacaq", - məlumatda deyilir.
Açıqlamada bildirilir ki, bu siyasət, Helsinkinin belə tədbirlərdə iştirak etmədiyi iyul görüşləri üçün qəbul edilmiş qərardan irəli gəlir.