Bayden: ABŞ-dan başqa kim dünyaya rəhbərlik edə bilər?

Amerika prezidenti Co Bayden yalnız ABŞ-ın dünya lideri ola biləcəyini iddia edir.
"Bu zarafat deyil, sözün əsl mənasında deyirəm: Amerika Birləşmiş Ştatlarından başqa kim dünyaya rəhbərlik edə bilər?" - deyə ABŞ prezidenti bildirib. O, qeyd edib kiŞ Amerika qalib gəlir və bu, dünya üçün "yaxşıdır. O
Bayden xatırladıb ki, Respublikaçılar Partiyasından ən yüksək hökumət vəzifəsinə namizəd Donald Tramp Amerikanı uğursuz ölkə adlandırır: "Amerikadan uğursuz ölkə kimi danışarkən dünyaya göndərdiyi mesajı düşünün" dedi. "O, (Tramp-red.) uğursuz olduğumuzu deyir və bu fikir tamamilə səhvdir".
Bayden yaşı ilə əlaqədar yaddaş problemi yaşaması haqda danışılanlara da münasibət bildirərək, əksər əcnəbi liderləri dünyada hamıdan yaxşı tanıdığını deyib: "Mən daha çox xarici liderləri adları ilə tanıyıram və onları hər kəsdən daha yaxşı tanıyıram. Bu da bu yaşa gəldiyim üçündür".