“Sionistlərdən qorxmayın” mesajını paylaşan misirli komediya ustasının X hesabı bağlandı

“Sionistlərdən qorxmayın” mesajını paylaşan misirli komediya ustası Bassem Yusifin sosial media platforması X hesabına daxil olmaq mümkün deyil.
Yusifin 11,7 milyon izləyicisi olan X hesabına “Sionistlərin sizi ruhdan salmasına icazə verməyin” yazısından sonra daxil olmaq mümkün olmayıb.
Sosial şəbəkə istifadəçiləri Yusifin hesabının sözügedən paylaşıma görə dayandırıldığını iddia edirlər.
Misirli komediya ustası Yusif oktyabrın 7-dən sonra verdiyi verilişlər, sosial mediada Fələstinə dəstək mesajları və İsrailin hücumlarına verdiyi reaksiyalarla gündəm olub.
Mənbə: AA