İsrail: "Misirdə İsrail turist qrupuna hücumda 3 nəfər ölüb"
İsrail Xarici İşlər Nazirliyi Misirin İsgəndəriyyə şəhərində İsrail turist qrupuna açılan atəş nəticəsində 2 israilli turist və bir misirli bələdçinin həlak olduğunu açıqlayıb.
İsrail Xarici İşlər Nazirliyi İsgəndəriyyə şəhərində baş verən silahlı hücumla bağlı yazılı açıqlama yayıb.
Açıqlamada misirli bir şəxsin açdığı atəş nəticəsində 2 israilli turistin və bir misirli bələdçinin həyatını itirdiyi, bir İsrail vətəndaşının isə yaralandığı bildirilib.
İsrail vətəndaşlarının ən qısa zamanda ölkəyə gətirilməsi üçün Misir rəsmiləri ilə əlaqə saxladıqları qeyd edilib.