"Qazprom" və SOCAR strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər


“Qazprom” və SOCAR “Şimal-Cənub” layihəsində tərəfdaşlığı müzakirə edir, həmçinin çoxşaxəli strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər.


AFN.az TASS-a istinadən xəbər verir ki, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.

“Qazprom və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir, xüsusən də söhbət “Şimal-Cənub” layihəsindən gedir, bu ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının və strateji tərəfdaşlığın imzalanması ilə bağlı razılıq əldə olunub” - deyə Miller bildirib.

Putinin Bakı səfəri çərçivəsində dövlət başçıları danışıqlar aparıb, bir sıra birgə sənədlər imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu