HƏMAS: ABŞ danışıqlarla bağlı "çəhrayı tablo" çəkir


HƏMAS ABŞ-ın danışıqlarla bağlı "çəhrayı tablo" çəkməsinə baxmayaraq, real vəziyyətin bu olmadığını və İsrailin keçən həftəki danışıqlarda vasitəçilərin təkliflərinə belə cavab vermədiyini bildirib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Həmas rəsmiləri həftə sonu Türkiyə ilə əlaqə saxlayıb və İsraillə danışıqlar prosesi haqqında məlumat veriblər.

Həmas rəsmiləri amerikalıların danışıqların gedişi ilə bağlı "çəhrayı tablo" çəkdirdiklərini, lakin danışıqlarda real vəziyyətin bu olmadığını qeyd ediblər.

HƏMAS-a görə, İsrailin irəli sürdüyü şərtlər, daha əvvəl 10 iyunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) dəstəklədiyi ssenari və iyulun 2-də HƏMAS-ın təsdiq etdiyi şərtlərdən belə geri qalır.

Müvafiq olaraq, İsrail HƏMAS-dan İsrailin Filadelfi dəhlizində mövcudluğunu qəbul etməyi tələb edir, Netzarim dəhlizindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə cənubdan şimala keçən qəzzalılara nəzarət etmək və HƏMAS-ın azad etmək istədiyi təxminən 300 məhbus siyahısından 100-ə veto qoyamaq istəyir.

Digər əlavə tələb İsrailin Qəzza və Ramallahdan deportasiya etmək istədiyi fələstinlilərin sayıdır. Bu çərçivədə İsrail 200 nəfərin Fələstini tərk etməsini istəyir.

HƏMAS-ın Türkiyə Xarici İşlər rəsmilərinə verdiyi məlumata görə, İsrail ötən həftəki danışıqlarda vasitəçilərin təkliflərinə belə cavab verməyib.

HƏMAS-a görə, İsrailin baş naziri Benyamin Netanyahunun son məqsədi hərbi əməliyyatları davam etdirmək üçün vaxt qazanmaqdır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu