Uqandada zibil toplama sahəsinin uçması nəticəsində ölənlərin sayı 34-ə çatıb

Uqandanın paytaxtı Kampalada avqustun 9-da yağan leysan yağışların səbəb olduğu sürüşmədə zibil toplama sahəsinin çökməsi nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.
Milli mətbuatda yer alan xəbərə görə, axtarış-xilasetmə işlərinin davam etdiyi Kiteezi zibil toplama sahəsində həyatını itirənlərin sayı 34-ə yüksəlib.
Səlahiyyətlilər 35 nəfərin hələ də itkin düşdüyünü bildirib.
Uqanda Prezidenti Yoveri Museveni X sosial media platformasındakı paylaşımında, "Ağıl gələn ilk sual insanların belə təhlükəli kütlənin yaxınlığında yaşamasına kim icazə verib?" ifadəsini işlədib.
Museveni hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini bildirib.