Almaniyada ukraynalı basketbolçuların qətlində şübhəli bilinən şəxslərin məhkəməsi başlayıb


Almaniyada ukraynalı yeniyetmələrin, o cümlədən 17 yaşlı basketbolçu Vladimir Yermakovun qətlində şübhəli bilinən 4 nəfərin məhkəməsi başlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, iş üzrə 14-16 yaş arası 4 yeniyetmə təqsirləndirilir. Onlardan ikisi Almaniya, ikisi isə Suriya vətəndaşıdır.

Noyabrın 21-dək keçiriləcək ümumilikdə 11 görüş nəzərdə tutulub. Həlak olanların yaxınları ən ağır cəzanı gözləyirlər.

Faciə 2024-cü ilin fevralında baş verib. Gənclərin yarışlara gəldiyi Düsseldorfda naməlum şəxslər bıçaqlı idmançılara sadəcə ukraynalı olduqları üçün hücum etdiklərini bilrdiriblər. Nəticədə 17 yaşlı Yermakov yerindəcə, dostu Artem Kozaçenko isə 10 gün sonra reanimasiyada dünyasını dəyişib.

Ermakov və Kozaçenko Düsseldorfun ART Giants (U-19) gənclər komandasında çıxış ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu