Aİ Kiyev üçün qadınlardan və itlərdən ibarət istehkamçılar dəstəsi hazırlayıb
Avropa Komissiyası Ukrayna Silahlı Qüvvələri üçün ərazilərin təmizlənməsi məqsədilə 8 ukraynalı qadın və 16 Belçika çoban itindən ibarət bölmənin təliminin başa çatdığını elan edib.
Qurumdan verilən açıqlamada bildirilir ki, onlar Kambocada təlim keçiblər və bunun üçün 2 milyon avro qrant ayrılıb.
"16 Belçika çoban iti Ukraynada yerləşdirilən ilk bomba zərərsizləşdirən itlər olacaq. Onların hamısı ukraynalı olan səkkiz qadın idarəçi ilə birlikdə Kambocada ciddi təlim keçiblər”, – Avropa Komissiyasının mətbuat şərhində qeyd edilib. Dəstələr həmçinin minalardan təmizləmə kurslarını da bitirib.
Açıqlamada deyilir: “Bəzi hallarda itlər böyük əraziləri insan minatəmizləyicilərindən daha sürətli yoxlaya bilər ki, bu da torpağın təhlükəli olub-olmaması barədə nəticə çıxarmağa imkan verəcək”. Layihə Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin 2 milyon avroluq qrantı hesabına maliyyələşdirilib.
Avropa Komissiyası hesab edir ki, Nikolayev və Xarkov vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin itləri olan qadın istehkamçılardan istifadə olunacaq.