Ukraynada nazir müavini 500 min dollar rüşvət alarkən saxlanılıb


Ukraynanın energetika nazirinin müavini 500 min dollar rüşvət alarkən saxlanılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

“Energetika Nazirliyinin rəhbərinin müavini Kiyevdə yarım milyon dollar rüşvət alarkən saxlanılıb”, - xüsusi xidmətin Teleqram kanalında bildirilob. Ona və onun üç şərikinə qarşı vəzifəli şəxs tərəfindən qanunsuz səmərə əldə etmə maddəsi ilə ittiham irəli sürülüb. Onları əmlakı müsadirə olunmaqla 12 ilə qədər həbs gözləyir.

Eyni zamanda, SBU korrupsiya sxeminin Energetika Nazirliyinin rəhbəri German Qaluşenkonun köməyi ilə açıldığını iddia edir. Saxlanılan şəxsin adı göstərilmir. Departamentdə ümumilikdə dörd nazir müavini var. “Ukrayinska Pravda” nəşrinin məlumatına görə, söhbət Aleksandr Xeylodan gedir.

İstintaqın məlumatına görə, saxlanılan məmur Lvov-Volın kömür hövzəsindəki dövlət müəssisələrinin rəhbərlərinə “mükafat” müqabilində Kiyevin nəzarətində olan Donbass ərazilərindən şaxtalardan mədən avadanlıqlarını istifadəyə verəcəyini vəd edib. Söhbət hərbi əməliyyatların Pokrovski istiqamətində yerləşən dövlət kömür şirkətlərindən birinin unikal və nadir texnikasından gedir.
Energetika Nazirliyi idarədə iri korrupsiya sxeminin ifşa olunması və nazir müavininin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib. Nazirlikdən əlavə edilib ki, Energetika Nazirliyi saxlanılan məmurun işdən çıxarılması ilə bağlı artıq Nazirlər Kabinetinə təklif təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu