Borrell İsrailin məktəbə zərbələrinin nəticələrindən dəhşətə gəldiyini deyib
Qəzzada İsrailin hücumu nəticəsində zədələnmiş, onlarla fələstinlinin həlak olduğu sığınacaq məktəbin görüntüləri məni dəhşətə gətirir.
AFN.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borrel X-dəki mikrobloqunda yazıb.
“Son həftələrdə ən azı 10 məktəb hədəfə alınıb. Bu qırğınların heç bir əsası yoxdur. Ölənlərin sayı bizi təşvişə salıb”, - deyə Borrell bildirib.
“Müharibə başlayandan bəri 40 mindən çox fələstinli öldürülüb. Nazir Smotriçi İsrail xalqının maraqlarına zidd olan razılaşmaya qarşı çıxdığına görə təəssüflənir və qınayırıq. Atəşkəs mülki əhalinin öldürülməsini dayandırmağın və girovların azad edilməsini təmin etməyin yeganə yoludur”, - Aİ diplomatiyasının rəhbəri əlavə edib.