Gürcüstan ABŞ-la münasibətləri bərpa etmək niyyətindədir


Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkəsi ABŞ-la münasibətləri və əməkdaşlığı yeniləməyə və bərpa etməyə hazırdır.



Bu barədə hökumət başçısı X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, bu fikri o, ABŞ senatoru Jan Şahin və konqresmen Mayk Turnerlə görüşündə səsləndirib. Kobaxidze həmçinin Tbilisinin ikitərəfli əlaqələri gücləndirmək və regionda daha böyük inkişafa, firavanlığa, sülh və təhlükəsizliyə töhfə vermək istəyini qeyd edib.

Bundan əvvəl Şahin və Turner Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazirin müavini, müdafiə naziri İrakli Çikovani ilə də danışıblar.

Öz növbəsində ABŞ prezidenti Cozef Bayden Zurabişviliyə məktub yazaraq, Vaşinqtonun xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən məyus olduğunu bildirib.

Qeyd edək ki, iyulun sonunda ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstana yardımı dayandıracaq. Yardım təxminən 95 milyon dollardan çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu