Adel idman agenti Riç Pol ilə nişanlandı


Britaniyalı müğənni Adel 2021-ci ildən münasibətdə olduğu idman agenti Riç Pol ilə nişanlandığını açıqlayıb.



Bu barədə avqustun 9-da Daily Mail yazıb.

“Adel cümə gecəsi Münhendə verdiyi konsert zamanı Riç Pol ilə nişanlandığını təsdiqlədi. 36 yaşlı müğənni pərəstişkarlarına evləndiyini söyləyib və 80 min yerlik xüsusi tikilmiş açıq arenada ictimaiyyətə müraciət edərək brilyant üzüyünü göstərib”, – nəşr yazır.

Konsertdə pərəstişkarlarından biri müğənniyə "Mənimlə evlənərsənmi?" deyə soruşan posteri asıb, Adel isə cavabında "Mən səninlə evlənə bilmərəm, çünki artıq evlənirəm!" deyib.

Qəzet yazır ki, Adel və 42 yaşlı Pol iyul ayında müğənniyə doğma Londonun şimalında Tottenhemdə evlilik təklif etdikdən sonra gizli şəkildə nişanlanıblar.

Müğənni Adel 15 "Grammy" mükafatının qalibi və "ilin albomu, ilin rekordu və ilin mahnısı kateqoriyalarında iki dəfə qalib gələn ilk musiqiçidir. Bundan əlavə, onun ifa etdiyi "Skyfall" mahnısı "Oskar" və "Qızıl Qlobus" mükafatı alıb.

Qeyd edək ki, 2019-cu ildə Adel iş adamı Simon Konecki ilə boşanmaq üçün məhkəməyə müraciət edib. Onların nikahı 2021-ci ildə rəsmi olaraq pozulub. Adele və Simonun bir övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu