Çində xərçəng olduğu düşünülən şəxsin ağciyərində bibər parçası tapılıb


Çində 2 ildir öskürəyi keçməyən bir şəxsin şikayətinin xərçəng xəstəliyindən olduğu düşünülərkən, öskürəyinin əsl səbəbinin ağciyərlərinə sıxılmış acı bibər parçası olduğu ortaya çıxıb.



Yerli mətbuatın məlumatına görə, Çinin şərqindəki Zhejiang əyalətində 54 yaşlı Xu davamlı öskürək üçün dərman qəbul edib və bitki mənşəli müalicəyə müraciət edib.

Tətbiq etdiyi üsullara baxmayaraq heç bir yaxşılaşma əlaməti olmayan Xu şikayəti davam etdiyi üçün xəstəxanaya getməyə qərar verib.

Müayinələr nəticəsində həkimlər Xunun sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib və bunun bədxassəli şiş ola biləcəyi ehtimalını nəzərdən keçiriblər.

Həkimlər ağciyər toxumasından bir parça götürüblər və xərçəng ola biləcəyini düşündükləri xəstəyə tam diaqnoz qoymaq üçün testlər aparıblar. Testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündüyü kütlənin acı bibər parçası olduğu anlaşılıb.

2 il əvvəl yemək yeyərkən boğazına bir tikə bibər ilişdiyini və şiddətlə öskürdüyünü xatırladan Xunun yaşantıları Çində sosial media platformalarında böyük marağa səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu