Şimal dəniz yolu ticarət üçün ən təhlükəsiz marşrutdur


Yəmən husilərinin Qırmızı dənizdə artan hücumları fonunda Şimal Dəniz Yolu (NSR) ən təhlükəsiz ticarət yoluna çevriləcək.



Bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr “Rosatom” dövlət korporasiyasının məlumatlarına istinadən qeyd edib ki, ötən il Şimal dəniz marşrutu ilə rekord həcmdə - 36 milyon ton yük keçib ki, bunun da yarıdan çoxu mayeləşdirilmiş təbii qaz (LNG) olub.

Buzqıran gəmilərə mümkün ehtiyac səbəbindən marşrutun çətinliyinə baxmayaraq, "Bloomberg" bu marşrutu ən təhlükəsiz adlandırıb. Agentlik proqnozlaşdırır ki, daha çox tanker Qırmızı dəniz marşrutundan yayınmaq və yükləri alıcılara daha sürətli çatdırmaq üçün Şimal Dəniz Marşrutundan istifadə etməyi seçəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu