"Qarabağ" ÇL-da mübarizəyə bu gün başlayır


Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.


Təmsilçimiz "Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxacaq.

Ağdam klubu Cəbəllütariqdə "Linkoln”un qonağı olacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Xatırladaq ki, "Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun

23 iyul
20.00 Linkoln (Cəbəllütariq) - Qarabağ (Azərbaycan)
Baş hakim: İştvan Vad (Macarıstan).
Cəbəllütariq. "Europa point stadium".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu