Aİ Rusiya təhlükəsinə görə icbari hərbi xidmətin tətbiqini müzakirə edir


Bir çox Avropa ölkəsi Rusiya ilə gərginliyin artması fonunda məcburi hərbi xidmətə çağırışı bərpa edib və ya onu bərpa etməyi düşünür.


AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ Xarici Siyasət Tədqiqat İnstitutunun Avrasiya tədqiqatları şöbəsinin rəhbəri Robert Hamilton bildirib ki, səfərbərliyə, hərbi texnika istehsalına, vətəndaşların cəlb edilməsinə və kadrların hazırlanmasına yanaşmalar tənzimlənməlidir. O, hesab edir ki, Ukraynadakı münaqişə NATO-ya alyansın müdafiə qabiliyyətini bərpa etməyin, o cümlədən hərbi xidmətə çağırışın zəruriliyi barədə xəbərdarlıq idi.

CNN-in məlumatına görə, bəzi Avropa ölkələri, o cümlədən Latviya və Norveç artıq məcburi hərbi xidmətə çağırış praktikasına qayıdıb. Almaniyanın müdafiə naziri Boris Pistorius iyun ayında könüllü hərbi xidmətin tətbiqi təşəbbüsünü təqdim edib. İsveç 2025-ci ildə çağırışçıların sayını 8 minə çatdırmağı planlaşdırır. Öz növbəsində, Finlandiyanın 900 mindən çox hərbi ehtiyatı var, onlardan 280 mini sürətli reaksiya qüvvələrinin bir hissəsidir.

"Bununla belə, məcburi hərbi çağırış ideyası bütün ölkələrdə dəstəklənmir" - deyə CNN-in materialında qeyd edilir. Hakimiyyət orqanlarının 2015-ci ildən bəri hər il 3500-4000 gənci doqquz aylıq xidmətə çağırdığı Litvada tələbələrin hərbi xidmətə çağırışla bağlı fikirləri fərqlidir. Litva Tələbələrin Milli Birliyinin prezidenti Paulus Vaitekus bildirib ki, gənclər başqa istiqamətlərdə, məsələn, Ukrayna cəbhəsinə yardımın təşkilində fəaldırlar.
2014-cü ildən bəri 500 min NATO əsgəri yüksək hazırlıq vəziyyətindədir. İyulun 9-dan 11-dək Vaşinqtonda keçirilən alyans sammitinin yekun bəyannaməsi göstərir ki, NATO Rusiyanı əsas təhlükə hesab etməkdə davam edir. Eyni zamanda, alyans ölkələri Rusiya Federasiyasına strateji yanaşma ilə bağlı tövsiyələr hazırlamağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu