Trampa sui-qəsd cəhdində ABŞ Məxfi Xidmətin təhlükəsizlik prosesi qiymətləndiriləcək
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi noyabrın 5-də keçiriləcək seçkilərdə keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Trampa qarşı sui-qəsd cəhdində ABŞ Məxfi Xidmətinin təhlükəsizliyi təmin etmə prosesinin qiymətləndiriləcəyini açıqlayıb.
Qurum Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı məlumat paylaşıb. Məlumatda sui-qəsd cəhdinin baş verdiyi hadisənin təhlükəsizliyini ABŞ Məxfi Xidmətinin təmin etmə prosesinin qiymətləndiriləcəyi bildirilib.
Qiymətləndirmənin nə vaxt başladığı və nə qədər davam edəcəyi barədə məlumat paylaşılmayıb.
ABŞ-ın keçmiş prezidenti Tramp iyulun 14-də Pensilvaniya ştatında mitinqdə tribunadan tərəfdarlarına müraciət edərkən ona silahla hücum edilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
FTB hücumu sui-qəsd cəhdi olaraq təyin edib və araşdırmalardan sonra sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu bildirilib.