İspaniyada istilərə görə həyəcan vəziyyəti elan edilib


İspaniyaya təsir edən istilər səbəbindən ölkənin bəzi bölgələrində həyəcan təbili çalılıb.


Ölkə mediasının xəbərinə görə, həddindən artıq istilərlə bağlı Milli Meteorologiya İnstitutu (AEMET) tərəfindən xəbərdarlıq edilib.

Açıqlamada bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi gözlənildiyi, Əndəlüs bölgəsinin Kordoba və Jaen şəhərlərində isə temperaturun normadan yüksək olması ilə əlaqədar “narıncı həyəcan” elan edildiyi bildirilib.

Ölkənin cənubundakı Sevilya şəhərində havanın 38-39 dərəcə arasında dəyişməsi ilə əlaqədar "sarı xəbərdarlıq" elan edildiyi qeyd olunub.

Açıqlamada ölkənin daxili bölgələrində yerləşən Castilla La Mancha bölgəsində havanın temperaturunun 36 ilə 38 dərəcə arasında olacağı gözlənildiyi və bölgədə həddindən artıq istilərə görə "sarı həyəcan"ın davam etdiyi əksini tapıb. Həmçinin adıçəkilən rayon və şəhərlərdə yaşayan əhaliyə də istilərlə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu