Naxçıvanda yeni nazir təyin edildi


Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu