Almaniya hamsterlərin köçürülməsi üçün 2,5 milyon avro ayıracaq


Almaniyanın Erfurt şəhərinin hakimiyyəti məktəblərdən birinin ərazisini genişləndirmək məqsədilə nəsli kəsilməkdə olan vəhşi hamster növlərinin köçürülməsi üçün 2,5 milyon avro ayırmaq niyyətindədir.



Bu barədə "Thüringer Allgemeine" məlumat verib.

Qeyd olunur ki, yeni məktəb şəhərciyinin tikintisi üçün 19 sahə nəzərdə tutulub. Yalnız birinin bu məqsəd üçün uyğun olduğu ortaya çıxıb, lakin ərazidə hamsterlərin yaşadığı müəyyən olunub. Aşkar edilmiş gəmirici növləri Almaniyada qorunur, bu səbəbdən yerli hakimiyyət heyvanları köçürmək qərarına gəlib.

İcra üçün 2,5 milyon avro tələb olunur ki, bu məbləğ də hamsterlər üçün əlverişli yaşayış şəraitinin yaradılmasına sərf olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu