Nyu-Yorkda həddindən artıq istilər səbəbindən metal körpünün mexanizmi sıradan çıxıb


ABŞ-ın Nyu-York şəhərində Bronks və Manhetteni birləşdirən Harlem çayı üzərində açılıb-bağlanan körpünün həddindən artıq istilər səbəbindən açıq qaldığı açıqlanıb.



Yerli mətbuatda əksini tapan xəbərdə 3-cü küçə körpüsünün polad elementlərinin istidən genişləndiyi, kilidləmə mexanizminin açıq olduğu zaman ilişib qaldığı bildirilib.

Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanarkən, video görüntülərdə yanğınsöndürən qayıqların poladı soyutmaq üçün çaydan su çiləyərək körpünün üzərinə səpdiyi görünür.

Nyu Yorkda ilin ən yüksək temperaturu 35 dərəcə ilə qeydə alınıb.

1898-ci ildə açılıb-bağlana bilən konstruksiya kimi inşa edilən körpü tək zolaqlı hərəkət üçün nəqliyyat vasitələrinin istifadəsinə verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu