Yunanıstanda həbsxanadan qaçmağa çalışan məhbus tikanlı məftillərə ilişib


Yunanıstanın paytaxtı Afinadakı Koridalos həbsxanasından qaçmağa çalışan məhbus tikanlı məftillərə ilişərək yaxalanıb.



Yunanıstan mətbuatında çıxan xəbərlərə görə, günorta saatlarında Koridalos həbsxanasından qaçmağa çalışan məhbus həbsxanadakı daş divarı keçə bilsə də, tikanlı məftillərə ilişərək burada qalıb.

Bu arada təhlükəsizlik əməkdaşları məhbusun sıxışdığı yerin ətrafında ehtiyat tədbiri olaraq yolları bağlayıb.

Tikanlı məftillərdən çıxarılan məhbus yenidən həbsxanaya göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu