Fransa Estoniyaya da silah satır
Estoniya Fransa ilə 12 ədəd SEZAR 155 mm-lik özüyeriyən artilleriya sistemi almaq üçün müqavilə bağlayıb.
AFN.az bu barədə Estoniya mediasına istinadən xəbər verir.
Bildirilir ki, Parisdə keçirilən "Eurosatory 2024" sərgisi çərçivəsində Estoniyanın Dövlət Müdafiə İnvestisiya Mərkəzi (RKİK) Fransanın KNDS şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə özüyeriyən silahların alınması imkanları daxildir.
RKİK-in sözçüsü Ramil Lipp müqaviləni şərh edərkən "Ən yaxşı həlli əldə etdiyimizi deyə bilərik" - deyə bildirib. Qurğuların yaradılan özüyeriyən artilleriya batalyonunun bir hissəsi olacağı bildirilir.