"AVRO 2024"də böyük sürpriz - Slovakiya Belçikanı məğlub etdi
"AVRO-2024" E qrupunda keçirilən oyunda Belçika və Slovakiya milliləri üz-üzə gəlib.
Matçda Slovakiya böyük sürpriz edərək Belçikanı 1:0 hesabı ilə məğlub edib. Belçikanın Romelu Lukakunun vurduğu 2 qol VAR-ın xəbərdarlığından sonra ləğv edilib.
Frankfurt Arenada keçirilən qarşılaşma şok qolla başlayıb. Slovakiya 7-ci dəqiqədə qol vuran tərəf olub.
Belçikalı müdafiənin səhvindən yaxşı istifadə edən İvan Şranz belçikalı qapıçı Koen Kasteelsi üstələyib və komandasını 1-0 önə keçirib.
Belçika qoldan sonra bərabərliyə nail olmağa can atsa da, ilk hissə Slovakiyanın üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə səmərəli başlayan Belçika 56-cı dəqiqədə Romelu Lukaku ilə hesabı 1-1-ə çatdırb, lakin VAR-ın xəbərdarlığından sonra bu qol ofsayd səbəbindən ləğv edilib.
Qarşılaşmanın qalan hissəsində Belçikanın heç-heçə cəhdləri nəticə verməyib və Slovakiya görüşdən 3 xalla ayrılıb.